Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın sabiq prezidenti Valdis Zatlers ilə görüşmüşdür

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Latviya Respublikasının sabiq prezidenti Valdis Zatlers ilə görüşmüşdür.

Görüşdə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun humanitar əməkdaşlığın möhkəmləndirilməsi işində rolu qeyd edildi, bu cür tədbirlərin mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi baxımından önəmi vurğulandı.

Prezident İlham Əliyev və Valdis Zatlers Azərbaycan-Latviya münasibətlərinin müxtəlif sahələrdə inkişafından razılıq ifadə etdilər.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 5 oktyabr.- S.3.