Azərbaycan Prezidenti İlham Əliyevin Yevlax və Zərdab rayonlarına səfəri

 

 Yevlaxda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

 Xəbər verdiyimiz kimi, oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər və Bərdə rayonlarına səfərini başa çatdıraraq Yevlaxa gəlmişdir.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Prezident İlham Əliyevə son zamanlarda şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 10 oktyabr.- S. 1.