Prezident İlham Əliyev Zərdabda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Yevlax şəhərinə səfərini başa çatdıraraq Zərdab rayonuna gəlmişdir.

Dövlətimizin başçısı Zərdab şəhərinin mərkəzindəki Heydər Əliyev parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevə rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 10 oktyabr.- S. 4.