Şəhidlərin xatirəsinə ehtiram

 

Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri

 

 Azərbaycan Respublikasında rəsmi səfərdə olan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov oktyabrın 12-də Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistanın dövlət başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Özbəkistanın və Azərbaycanın dövlət himnləri səsləndi.

AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Prezident İslam Kərimov Azərbaycan paytaxtının mənzərəsini seyr etdi.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 13 oktyabr.- S.3.