Özbəkistan Prezidenti İslam Kərimov ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

 

 Azərbaycan Respublikasında rəsmi səfərdə olan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov oktyabrın 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur.

Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etmiş, məzarı üzərinə tər güllər düzmüşdür.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 13 oktyabr.- S.3.