Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri başa çatmışdır

 

Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri

 

Oktyabrın 12-də Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycan Respublikasına rəsmi səfəri başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan dövlətinin başçısını Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 13 oktyabr.- S.3.