İran Prezidenti Mahmud Əhmədinejad Azərbaycana səfərə gəlmişdir

 

 İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək zirvə toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlmişdir.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İran Prezidentini hava limanında Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşıladılar.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 16 oktyabr.- S. 2.