Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlmişdir

 

 Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək zirvə toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlmişdir.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 16 oktyabr.- S. 2.