Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycana səfərə gəlmişdir

 

 Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək zirvə toplantısında iştirak etmək üçün oktyabrın 16-da Azərbaycan Respublikasına səfərə gəlmişdir.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistan Prezidentini hava limanında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.3.