«İran Middle East news» jurnalı: Prezident İlham Əliyev öz xalqı tərəfindən böyük məhəbbətlə sevilən liderdir

 

 Tehranda fəaliyyət göstərən "İran və Yaxın Şərq" Analitik Mərkəzinin nəşri olan "İran Middle East news" jurnalının sentyabr buraxılışı çapdan çıxmışdır.

Ümumilikdə 74 səhifədən ibarət olan buraxılışın 12 səhifəsi Azərbaycan Respublikasının tarixini, müasirliyini və reallıqlarını əhatə edən mövzulara həsr olunmuşdur.

Jurnalda ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi strategiyanın nailiyyətləri, xalqımızın qədim mədəniyyəti, ölkəmizin tarixi abidələri və s. barədə farsdilli oxuculara ətraflı məlumat verilir. Xüsusi olaraq qeyd olunur ki, Prezident İlham Əliyev xalqı tərəfindən böyük məhəbbətlə sevilən liderdir. Azərbaycan xalqının dövlətimizin başçısına olan isti münasibətinin əsas səbəbi kimi son illər ölkəmizdə aparılan sosial-iqtisadi layihələrin əhəmiyyəti, xarici siyasətin uğurları, dövlətimizin qüdrətlənməsi, əhalinin rifah halının əhəmiyyətli dərəcədə yüksəlməsi və s. məsələlər  diqqətə çatdırılır.

 

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Tehran

 

Azərbaycan $g 2012.- 17 oktyabr.- S.4.