Tehranda nəşr edilən «ECO chronicle» jurnalının xüsusi buraxılışı Azərbaycan Respublikasına həsr olunmuşdur

 

 İqtisadi Əməkdaşlıq Təşkilatının mətbu orqanı olan "ECO chronicle" jurnalının xüsusi buraxılışı Azərbaycan Respublikasına həsr olunmuşdur.

Azərbaycanın İrandakı səfirliyinin himayəsi ilə nəşr olunan jurnalda yerləşdirilmiş məqalələr, informasiyalar və orijinal fotolar  ingilisdilli oxuculara Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər  Heydər Əliyevin həyatı və yarım əsrə yaxın dövrü əhatə edən zəngin siyasi fəaliyyəti, respublikamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən hərtərəfli inkişafının istiqamətləri, sənayedə və kənd təsərrüfatında əldə olunan nailiyyətlər, ölkəmizin tarixi, maddi və qeyri-maddi irsimizin qorunması istiqamətində görülən işlər, turizm imkanları, iqtisadi göstəricilər,  təbii resurslar, onlardan səmərəli istifadə mexanizmi, ölkəmizin coğrafi quruluşu, ayrı-ayrı bölgələrindəki tarixi abidələr və s. barədə əhəmiyyətli məlumat verilir.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.4.