Əfqanıstan Prezidenti Həmid Kərzainin Azərbaycana səfəri başa çatmışdır

 

 İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XII zirvə toplantısında iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzainin Azərbaycan Respublikasına səfəri oktyabrın 16-da başa çatmışdır.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Əfqanıstan Prezidentini hava limanında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər yola saldılar.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.3.