Azərbaycanın bir qrup energetikinə «Əməkdar mühəndis» fəxri adı verilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə

 

"Əməkdar mühəndis" fəxri adı verilsin:

 

 Hümbətov Fərail Topuş oğlu

Hüseynov İftixar Hüseyn oğlu

İlyasov Osman Vəli oğlu

Şahhüseynov Əhmədiyyə Veysəl oğlu.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 oktyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 20 oktyabr.- S. 1.