Azərbaycan Prezidenti İlham Əliyevin Saatlı, Beyləqan və İmişli rayonlarına səfəri

 

 Saatlıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Saatlı rayonuna səfərə gəlmişdir.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verdi ki, abidənin yerləşdiyi Heydər Əliyev parkında genişmiqyaslı abadlıq işləri görülmüş, yeni yaşıllıq zolaqları salınmış, fəvvarələr quraşdırılmışdır. Ümumi sahəsi 5,6 hektar olan parkda sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait vardır.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 30 oktyabr.- S.1.