Beyləqanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Prezidenti İlham Əliyevin Saatlı, Beyləqan və İmişli rayonlarına səfəri

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Beyləqan rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı Beyləqan şəhərinin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderimizin abidəsini ziyarət etdi. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev parkında rayon sakinləri, eləcə də qonaqların istirahətinin mənalı təşkili üçün hərtərəfli şərait yaradılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 30 oktyabr.- S.3.