Zaqatala beynəlxalq hava limanında qarşılanma

 

 Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın şimal-qərb bölgəsinə səfəri

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində təyyarə ilə Zaqatala rayonuna gəlmişdir.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə cari il mayın 7-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Zaqatalada görülən işlər və rayonda aparılan abadlıq-yenidənqurma tədbirləri barədə dövlət başçısına ətraflı məlumat verdilər.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 11 sentyabr.- S. 12.