Şəkidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Qax rayonuna səfərini başa çatdıraraq Şəki şəhərinə gəlmişdir.

Dövlət başçısı Şəki şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan Prezidentinə son dövrlərdə ulu öndərin abidəsinin ətrafında, ümumiyyətlə, Şəkidə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 11 sentyabr.- S. 5.