Hulusi Kılıçın «Dostluq» ordeni ilə təltif edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Türkiyə Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç "Dostluq" ordeni ilə təltif edilsin.

 

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 sentyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 14 sentyabr.- S. 1.