Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

XIV London Yay Paralimpiya Oyunlarında qazandıqları yüksək nailiyyətlərə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif edilsinlər:

 

 "Şöhrət" ordeni ilə

 

İbrahimov Ramin İbrahim oğlu

Panyutin Oleq Viktoroviç

Pronina Natali Aleksandrovna

Sultanova Afaq Vaqif qızı

Cəfərov Ağanağı Cəfər oğlu

Culfayev Alavərdi Abasoviç

İbrahimov İbrahim Eldar oğlu

Mustafayev Şahlar Gülməhəmməd oğlu

Sultanzadə Məhərrəm Elxan oğlu

Təhməzov Sergey Mehdiyeviç

 

 

"Tərəqqi" medalı ilə

 

 Həsənov Hüseyn İsmayıl oğlu

Xəlfəyev Ziyad Əli oğlu

Muradov Elçin Tofiq oğlu

Setin Pavel Vitalyeviç

Süleymanov Afiq Məmməd oğlu

Zəkiyev İlham Əzizağa oğlu

 

 

 "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə

 

Osmanov Rza Fikrət oğlu

Rəcəbli Əhməddin İzət oğlu

Zayets Vladimir Vladimiroviç

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 sentyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 15 sentyabr.- S. 1.