Üzeyir Hacıbəylinin ev-muzeyində Klod Debüssinin və Moris Ravelin əsərləri səsləndirilmişdir

 

Sentyabrın 19-da IV Beynəlxalq Üzeyir Hacıbəyli musiqi festivalı çərçivəsində dahi bəstəkarın ev-muzeyində "Üzeyir evinin qonaqları" kamera musiqisindən ibarət konsert təqdim olunmuşdur.

Bakı Musiqi Akademiyasının (BMA) birinci kurs tələbəsi, beynəlxalq müsabiqə laureatı Tofiq Şıxıyevin və BMA-nın 2-ci kurs tələbəsi, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqə laureatı Osman Əyyublunun ifasında fransız bəstəkarları Klod Debüssinin və Moris Ravelin əsərləri səsləndirilmişdir. Konsert maraqla qarşılanmışdır.

 

 

  AzərTAc

 

  Azərbaycan .- 2012.- 20 sentyabr.- S.11.