«Ondan daha yaxşı qardaş yox idi» filminin təqdimatı olmuşdur

 

 Sentyabrın 21-də Nizami Kino Mərkəzində rejissor Murad İbrahimbəyovun "Ondan yaxşı qardaş yox idi" filminin təqdimatı keçirilmişdir.

Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak etmişdir.

AzərTAc xəbər verir ki, nümayişdən əvvəl filmin rejissorussenari müəllifi Murad İbrahimbəyov yeni ekran əsəri haqqında məlumat vermişdir. O demişdir ki, 93 dəqiqəlik film indiyədək dünyanın 15-dək ölkəsində nümayiş etdirilmiş, kinofestivalların iştirakçısı və qalibi olmuşdur.

Qeyd edilmişdir ki, film Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, "İbrus" kino şirkəti, "Azərbaycanfilm" kinostudiyası, "Miramar", "Central Production İnternational Group"un dəstəyi ilə ərsəyə gəlmişdir.

Tanınmış aktyorlar Nino Ninidze, Yevgeni Tsıqanov, Sergey Puskepalis, Hacı İsmayılov və başqalarının rol aldığı filmin böyük hissəsi Azərbaycanda - Bakıda, Buzovnada və Şəkidə çəkilmişdir.

Əsas rolların ifaçıları Yevgeni Tsıqanov, Sergey Puskepalis çıxış edərək filmin çəkilişləri ilə bağlı təəssüratlarını bölüşmüşlər. Aktyorlar demişlər ki, Azərbaycanda yeni ekran əsərlərinin çəkilişi üçün hər cür şərait vardır. Bir saatdan çox davam edən bədii filmin  çəkilişləri zamanı ən müasir avadanlıqlardan istifadə olunmuşdur.

Sonra "Ondan yaxşı qardaş yox idi" filmi nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.-2012.- 22 sentyabr.- S. 5.