Böyük şairin yubileyinə yüksək səviyyədə hazırlıq görülür

 

Neçə vaxt idi ki, bu əlamətdar günə hazırlıq görülürdü. Gəncə başdan-başa Nizami nuruna boyanıb. "Dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" dövlət başçısı İlham Əliyevin sərəncamına uyğun olaraq bir-birindən maraqlı məzmunlu tədbirlər təşkil edildi. Şairin məqbərəsi, Nizami meydanı, "Xəmsə" kompleksi, Nizami küçəsi, onun adı ilə bağlı olan digər yerlər tamamilə yenidən quruldu, ulu şairin ədəbi irsinin öyrənilməsi təbliği üçün dövlət səviyyəsində sistemli işlər görüldü.

İndi Gəncəni tanımaq olmur. Nizami məqbərəsindən şəhərin ən müxtəlif guşələrinə kimi hər yer al qumaşa bürünüb. Nizaminin portretləri, əsərlərindən fraqmentlər, miniatürlər, ulu şairin müdrik sözləri hər yanı bəzəyir.

Mərkəzi meydan başdan-başa yenidən qurulub. Bir-birindən yaraşıqlı, zəngin pavilyonlar yan-yana düzülüb. Bu, Nizamiyə gəncəlilərin sevgi məhəbbətini əks etdirən nəhəng bir muzeyə bənzəyir. Elm, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, ayrı-ayrı həvəskarların ulu şairin yubileyinə hazırladıqları ən müxtəlif töhfələr nümayiş etdirilir.

Geniş meydan əsl Nizami ovsununa düşüb. Hara baxırsan, ulu şairin əsərləri, personajları, sənətsevərlərin ona həsr etdikləri töhfələr, "Xəmsə"nin motivləri əsasında hazırlanmış səhnəciklər nümayiş olunur. Əsaslı surətdə bərpa olunmuş yanında üçrəngli bayraq ucaldılmış inzibati binanın sütunları "Xəmsə"nin beş incisinin ən önəmli fraqmentləri ilə bəzənib. Başda da ulu öndər Heydər Əliyevin müdrik sözləri: "Azərbaycan xalqının qədim tarixini, ədəbiyyatını Şərq aləmində, bütün dünyada Nizami Gəncəvi ilə tanıyırlar".

Ümummilli lider Heydər Əliyevin qayğısı köməyi ilə Azərbaycan müstəqillik əldə edəndən sonra şairin ölməz ədəbi irsi daha qayğı diqqətlə öyrənilir, geniş təbliğ olunur. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev türk xalqının iftixarı, Azərbaycanın ölməz oğlu Nizami Gəncəviyə öz əməli fəaliyyəti ilə sonsuz məhəbbətini bildirir. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə belə möhtəşəm tədbirin keçirilməsi ümumən ulu tariximizə, onun ədəbiyyatına, incəsənətinə, ölməz dühalarına olan dərin ehtiramın təcəssümüdür.

Dövlətin qayğısı köməyi ilə Gəncədə elmi-tədqiqat Nizami İnstitutu fəaliyyətə başladı, altı şöbədən ibarət Nizami mərkəzi yaradıldı. Yubileyin tədbirlər planına uyğun olaraq professor Xəlil Yusifli "Leyli Məcnun" poemasını əruz vəznində tərcümə etdi, Samir Pişnamazzadənin "Nizami Gəncəvi yaradıcılığına əxilik ideologiyasının təsiri" adlı monoqrafiyası, tanınmış alim Əfrasiyab Vəkilovun "Blokadalı Leninqradda Nizami yubileyi" kitabı, professor Mübariz Yusifovun "Nizamidə azərbaycançılıq" əsəri, habelə 31 alimin iştirakı ilə hazırlanmış "Gəncə şəhərinin tarixi" kitabı çap olundu. Otuz illik fasilədən sonra "Nizamişünaslıq" jurnalının nəşri bərpa edildi, qonaqlar üçün Gəncə şəhəri barədə "Bələdçi" - məlumat toplusu hazırlandı. "Gəncənin səsi" "Novosti Qyandji" qəzetlərinin xüsusi nömrələri buraxıldı. Yubiley ərəfəsində daha bir çox dəyərli görüldü. Avstriya, Almaniya, Böyük Britaniya kitabxanalarında, Saltikov Şedrin adına Rusiya Milli Kitabxanasında digər yerlərdə qorunan "Xəmsə" əlyazmalarının nadir nüsxələrinin surətləri Gəncəyə gətirildi. "Dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvi" adlı kitab, şairin sözlərinə bəstələnmiş mahnılardan ibarət kompakt disk sənətşünas Sevda Qurbanəliyevanın hazırladığı "Nizami əsərləri miniatürlərdə" toplusu nəfis şəkildə sənətsevərlərə çatdırıldı.

Şəhər təhsil idarəsində, Gəncə Dövlət Universitetində, Dövlət Aqrar Universitetdə, Texnologiya Universitetində, Müəllimlər İnstitutunun Gəncə filialında, Humanitar Kollecdə Çağ Öyrətim Liseyində Nizami Gəncəvinin həyat yaradıcılığına həsr olunmuş praktik konfranslar keçirildi, ölməz şairin zəngin ədəbi-fəlsəfi irsi ətrafında elmi məruzələr dinlənildi.

Ayrı-ayrı kollektivlər dəyərli töhfələr hazırladılar. Məsələn, 44 nömrəli bağça-məktəb-liseyin kütləvi tirajla hazırladığı Nizami döş nişanı diqqəti cəlb edir. Yeni istifadəyə verilmiş 30 nömrəli məktəbdə Nizami guşəsi, Dövlət Aqrar Universitetində Nizaminin təbiət aləmi kompleksi, Gəncənin qocaman ocağı olan 1 nömrəli məktəbdə Nizami muzeyi, onlarca məktəbdə mədəniyyət ocağında Nizami guşələri yaradılıb.

Yubileyə hazırlığın miqyası çox geniş idi. Dünyanın bir sıra tanınmış alimləri bu mühüm işə cəlb olunmuşdu. Almaniyalı nizamişünas Sevil Fuksun iştirakı ilə Gəncə Regional Elm Mərkəzində keçirilən seminar çox mətləblərə işıq saldı. Misirin İsgəndəriyyə kitabxanasının rəhbəri, doktor İsmayıl Serageldinin Nizami irsinin təbliğindəki fəaliyyəti xüsusi qeyd olunmalıdır. Gəncədə İ.Serageldi ilə birlikdə dahi şairin yubileyi münasibəti ilə görülən digər tədbirlər təqdirəlayiqdir.

Gəncə böyük fərəh içindədir. Dünəndən yaxın-uzaq ellərdən möhtərəm qonaqlar şənliklərdə iştirak etmək üçün Nizami yurduna gəlirlər. Onlar gül-çiçəklə, mahnı, musiqi ilə qarşılandı, beynəlxalq tələblərə tam cavab verən "Ramada-plaza" mehmanxanasında yerləşdirildi.

Sentyabrın 29-da isə möhtəşəm yubiley tədbirləri ulu öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlanacaq, məqbərə kompleksinin önündə möhtəşəm bayram şənliklərinə meydan veriləcəkdir. Rəngarəng tədbirdə qonaqlar ədəbi-bədii kompozisiyanın təqdimatı, ölməz şairin poemalarına həsr olunmuş rəsmlərin, xalça tətbiqi sənət əsərlərinin sərgisi ilə tanış olacaq, müxtəlif dillərdə şairin ölməz əsərlərindən parçaları dinləyəcəklər. Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təməli qoyulacaq, ulu şairin poemalarının yeni tərcümə edilmiş kitabların təqdimatı olacaqdır.

Ayın 30-da keçiriləcək yekun tədbirlərdə əsaslı surətdə yenidən qurulan Gəncənin görkəmli yerləri, Heydər Əliyev adına meydan, Şah Abbas məscidi, Çökək hamam, Cavad xan türbəsi, Gəncə seyrangahı, Bayraq meydanı, "Xəmsə" kompleksi ilə tanışlıq, dahi şairin adına yeraltı keçidin açılışı kitabxananın təməlinin qoyulması nəzərdə tutulub. Həmin gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Himayədarlar Şurasının təsis yığıncağının beynəlxalq elmi-praktik konfransın keçirilməsi, Gəncə Şəhər İcra Hakimiyyəti ilə İsgəndəriyyə, Türkiyə, Gürcüstan Kəşmir milli kitabxanaları arasında əməkdaşlıq haqqında niyyət protokolunun, Gəncə şəhəri ilə Tacikistan Respublikasının Xocənd şəhəri arasında "Qardaşlaşmış şəhərlər" sazişinin imzalanması, sonda isə Heydər Əliyev adına meydanda incəsənət ustalarının bayram konserti gözlənilir.

Gəncə elliklə yubileyə gəlir. Hamının qəlbi sevinclə, fərəhlə döyünür.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.-2012.-28 sentyabr.-S.6.