Şamaxıda Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş tematik sərgi açılmışdır

 

Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirir.

AzərTAc xəbər verir ki, bu tədbirlər çərçivəsində rayon mərkəzi kitabxanasında dahi sənətkarın həyat və yaradıcılığına həsr olunmuş tematik sərgi açılmışdır. Üç bölmədən ibarət sərgidə xalqımızın milli sərvəti olan Nizami irsi ümumbəşəri dəyərləri özündə əks etdirən zəngin bir xəzinə kimi təqdim olunur. Burada dahi yaradıcının "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" poemalarından ibarət "Xəmsə"si, ayrıca olaraq ümumbəşəri dəyərləri özündə əks etdirən fəlsəfi düşüncələri gözəl tərtibatda, xüsusi zövqlə hazırlanaraq nümayiş etdirilir.

 

 

Azərbaycan.-2012.-28 sentyabr.-S.6.