«Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 2, maddə 58; 2010, ¹ 3, maddə 178, ¹ 4, maddə 276) 4.0.3-cü və 6.1.2-ci maddələrində "qiymətli kağızların idarə olunması üzrə peşəkar" sözləri "aktivlərin idarə edilməsi üzrə" sözləri ilə əvəz edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2011-ci il

Azərbaycan.-2012.-1 yanvar.-S.2.