Ukraynada çıxan «AvtoBiznesTur» jurnalında Azərbaycan haqqında məqalə dərc edilmişdir

 

Ukraynada nəşr edilən "AvtoBiznesTur" reklam-informasiya jurnalının növbəti nömrəsi (dekabr 2011-ci il) çapdan çıxmışdır. Jurnalın bu nömrəsində "Azərbaycan gücuzunömürlülük mənbəyidir" sərlövhəli böyük məqalə dərc edilmişdir.

Ölkəmizin Ukraynadakı səfirliyinin informasiya dəstəyi ilə hazırlanmış bu materialda Azərbaycan haqqında söhbət açılır, orada qeyd edilir ki, göy qurşağının zolaqları kimi rəngarəng olan bu şəfalı diyarın hər guşəsində tükənməz qüvvə, enerji, təmiz dağ havası, nadir mineral sulardaha neçə-neçə nemətlər cəmləşmişdir.

Məqalənin cəlbedici yarımsərlövhələri oxuculara çox şeydən xəbər verir: "Naftalanı olan kəsin hər şeyi var", "Tarixi irs", "Sağlam olmaq istəyən Naxçıvana gəlsin" və s.

Zəngin illüstrasiyalı bu materialda potensial turistlər olan ukraynalı oxuculara Azərbaycanın gözəllikləri, onun səfalı və şəfalı ocaqları barədə çox geniş və mötəbər məlumat təqdim edilir.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.- 2012.- 7 yanvar.- S.  3.