Akademik Xoşbəxt Yusifzadə «Türk Dünyasının Fəxri Alimi» Beynəlxalq mükafatına layiq görülmüşdür

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildirmişlər ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının qərarı ilə ARDNŞ-in birinci vitse-prezidenti, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, akademik Xoşbəxt Yusifzadə türk dünyası elminə, təhsilinə və iqtisadiyyatına böyük xidmətlərinə görə "Türk Dünyasının Fəxri Alimi" Beynəlxalq mükafatına layiq görülmüşdür.

Xatırladaq ki, Xoşbəxt Yusifzadə 2008-ci ildə neft sənayesinin inkişafında və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin möhkəmlənməsində göstərdiyi xidmətlərə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, 2009-cu ildə isə 2008-ci ilin yekunlarına əsasən, qazandığı uğurlara görə həmin qurum tərəfindən "İlin alimi" fəxri adına layiq görülmüşdü.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 10 yanvar.- S.  3.