Ankarada «Azərbaycanın müstəqilliyinin iyirminci ilində» fotosərgisi açılmışdır

 

 Türkiyə Xarici İşlər Nazirliyinin  "Suna Ilıcak" incəsənət qalereyasında ölkəmizin Türkiyədəki səfirliyi və Türkiyə XİN-in birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin iyirminci ildönümünə həsr olunmuş "Azərbaycanın müstəqilliyinin iyirminci ilində" fotosərgisi açılmışdır. Mərasimdə Türkiyə XİN-in yüksək vəzifəli şəxsləri, səfirliyin əməkdaşları, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, deputatlar, elm adamları, incəsənət xadimləri, ictimaiyyət və diaspor nümayəndələri, jurnalistlər iştirak etmişlər.

Ölkəmizin paytaxtı Bakının son illərdə sürətli inkişafını əks etdirən fotoşəkillərin nümayiş etdirildiyi sərginin açılışında Türkiyə XİN-in departament rəhbəri, səfir Hayri Hayret Yalav müstəqilliyini bərpa etmiş Azərbaycanın bütün sahələrdə sürətli inkişafından, dünyadaregionda formalaşmış nüfuzundan bəhs etmiş, ölkəmizin BMT TŞ-nın qeyri-daimi üzvü seçilməsini əlamətdar hadisə adlandırmışdır.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov çıxışında Türkiyə-Azərbaycan münasibətlərinin müstəsna xarakter daşıdığını konkret faktlarla əsaslandırmış, beynəlxalq və regional miqyasda iki qardaş ölkənin birgə fəaliyyətinin əhəmiyyətindən, həyata keçirilən müştərək layihələrin strateji önəmindən ətraflı bəhs etmişdir.

 

 

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2012.- 15 yanvar.- S. 4.