Sükut dəqiqəsi

 

 Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilmişdir.

Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar hazırlanmış geniş tədbirlər planına uyğun olaraq, respublikanın bütün şəhər, rayon və kəndlərində, idarə və müəssisələrində anma mərasimləri keçirilmiş, dövlət bayraqları endirilmişdir.

Azərbaycan paytaxtının yüz minlərlə sakini, diplomatik korpusun nümayəndələri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anmış, məzarları üzərinə şəhidlik rəmzinə çevrilmiş al qərənfillər düzmüşlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.-21 yanvar.- S.  1.