Görkəmli torpaqşünas alim

 

 Azərbaycan torpaqşünaslıq elminin görkəmli nümayəndələrindən biri böyük elmi potensialanadir təşkilatçılıq qabiliyyətinə malik olan tədqiqatçı alim, kənd təsərrüfatı elmləri doktoru, professor Muxtar Rzaqulu oğlu Abduyev idi. M.Abduyev akademiklər Həsən Əliyevin və V.R.Volobuyevin müəyyən etdiyi çox böyük elmi-təşkilati yolu uğurla davam etdirmiş, onların torpaqşünaslıq sahəsindəki araşdırmalarını dövrün tələblərinə uyğun elmi kontekstdə inkişaf etmişdir. Onun əsas elmi araşdırmaları respublikada yayılmış şoran və şorakət torpaqların tədqiqi ilə bağlı idi. O, torpağın su rejimionun öyrənilmə metodikası, torpağın su-duz  şorlaşması dinamikası, torpaqların yuyulması və istifadəsi məqsədilə aqromeliorativ araşdırmalar aparmaqla yanaşı, şorakətlərin vaxtında yuyulması tədbirləri, şorakət torpaqların yayıldığı ərazilərin geomorfologiyası, şoran torpaqlardan meyvə və üzüm bitkiləri yetişdirmək üçün istifadə edilməsi yolları, şorlaşmaonunla mübarizə tədbirləri barədə geniş və dəyərli tədqiqat işlərini də yerinə yetirmişdir.

Muxtar Abduyev dağətəyi düzənliyin şorlaşmış torpaqlarının duzlardan təmizlənməsi, şorlaşmanın tipləri və təsnifatı, genetik formaları, şorlaşmış və şorakətləşmiş torpaqların yuyulmasının sürətləndirilməsi yolları, onların dellüvial formalarının spesifikası və meliorasiyası, şorakət torpaqlar və onların yaxşılaşdırılması barədə yazdığı elmi məqalələr həmişə diqqəti cəlb etmişdir. O, şorlaşmış torpaqların meliorativ müxtəlifliyi və əsas xüsusiyyətləri, çətin meliorasiya olunan şorakətlərin yaxşılaşdırılması, Azərbaycanın suvarılan torpaqlarının duz rejimi, neftlə çirklənmiş torpaqların rekultivasiyası sahələrində də tədqiqatlar aparmış və uğurlu nəticələr əldə etmişdir.

Hazırda Azərbaycanın şoran və şorakət torpaqlarının yaxşılaşdırılaraq kənd təsərrüfatı bitkiləri əkini üçün istifadə edilməsi qarşıda duran problemlərdən biridir. Bu baxımdan Muxtar Abduyevin keçən əsrin ortalarında başladığı elmi tədqiqat işləri öz aktuallığını bu gün də itirməmişdir.

SSRİ dövründə Azərbaycan torpaqlarının  tədqiqinə böyük maraq göstərən  Rusiya torpaqşünaslıq elminin əsasını qoymuş Dokuçayevin Azərbaycanda olması və onun Böyük Qafqaz silsiləsinə etdiyi səfərlər zamanı torpaqların yüksəkliyi istiqamətində (şaquli zonallıq) yayılması müşahidə edilmişdi. Bu, Azərbaycan torpaqşünaslarından biri kimi Muxtar Abduyevin  qarşısında geniş yaradıcılıq üfüqləri açmışdı. İlk dəfə olaraq 1953-cü ildə "Azərbaycan torpaqları" kitabı çap olunmuşdu. Burada torpaq tipləri, növləri müəyyən edilmiş və onların coğrafi baxımdan yayılması göstərilmişdir. Elə həmin ildən başlayaraq Muxtar Abduyev Azərbaycanın şoran və şorakət torpaqlarında elmi tədqiqatlar aparmağa başlamışdı. Kür-Araz ovalığının şorlaşmış və şorakətləşmiş torpaqlarını qarış-qarış gəzmişdi. Şərait nə qədər çətin olsa da, o, öz işinin öhdəsindən uğurla gəlməyə çalışmışdı. Muxtar müəllim yaxşı bilirdi ki, şorlaşmış torpaqları su ilə tam yumaq mümkün deyil, çünki həmin su özü torpaqda əlavə şorlaşma yaradır. Həmçinin Kür-Araz ovalığının relyefiimkan vermirdi ki, torpaq duzlardan intensiv yuyulsun.

Yeri gəlmişkən, Kür-Araz ovalığına Azərbaycan Respublikasının 24 inzibati rayonu daxil olmaqla Qarabağ, Şirvan, Muğan, SalyanMil düzləri aiddir.

Azərbaycanın ən böyük kənd təsərrüfatı regionlarından biri Kür-Araz ovalığı hesab olunur. Ovalığın iqtisadiyyatının əsas hissəsini kənd təsərrüfatı təşkil edir. Burada taxılçılıq, pambıqçılıq, üzümçülük, meyvəçilik, ipəkçilik və heyvandarlıq çox inkişaf etmişdir. Respublikanın bütün əkin sahələrinin az qala yarı hissəsi Kür-Araz ovalığındadır.

Ölkəmiz üçün taxıl və yem bitkilərinin əkilib becərilməsində Kür-Araz ovalığı rayonları əhəmiyyətli rola malikdir. Burada dənli bitkilər əkib- becərməkdən ötrü böyük imkanlar yaradılmışdır. İndi olduğu kimi keçən əsrin 50-ci illərində də Kür-Araz ovalığı  kənd təsərrüfatı baxımından həmişə yüksək qiymətləndirilmişdir. Bu ovalıq o vaxt daha da diqqət cəlb edir və Azərbaycan alimləri də bu zonaya xüsusi maraq göstərirdilər.

Həmin dövrdə qarşıda duran əsas vəzifələrdən biri Kür-Araz ovalığının hidrogeoloji rayonlaşdırılması və hidrokimyəvi xüsusiyyətlərinin öyrənilməsi məsələsi idi. Olduqca ciddi olan bu məsələnin həlli ovalığın yeraltı sularının su-duz balansı problemi ilə əlaqədar idi.

Belə mühüm vəzifələri yerinə yetirmək üçün digər torpaqşünas alimlər kimi Muxtar müəllim də bu zonada şoran və şorakət torpaqlarda işləmək arzusu ilə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra işləməyə Azərbaycan EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutuna gəlmişdi.

Muxtar Abduyevin şoran və şorakət torpaqlarda tədqiqat apardığı dövrlərdə SSRİ miqyasında suvarma əkinçiliyinə görə Azərbaycan ikinci yeri tuturdu. Günəş enerjisinin bol olması boz torpaqlarda pambıqçılığın inkişaf etdirilməsinə imkan verirdi. Nəticədə isə torpaqşünas alim apardığı araşdırmalar, çöllaboratoriya təcrübələri ilə müəyyən edirdi ki, həmin torpaqlarda vaxtaşırı şorlaşma dərəcəsi artır, buna müvafiq olaraq məhsuldarlıq aşağı düşür. Beləliklə də, Kür-Araz ovalığında olan torpaq ehtiyatı öz keyfiyyətini itirirdi. Ona görə də Muxtar Abduyev həmin ərazilərdə torpaq tədqiqatını genişləndirir, gətirdiyi torpaq nümunələrini laboratoriya şəraitində analiz edironlardan mühüm nəticələr alırdı.

Alim Azərbaycanın şoran və şorakət torpaqlarında apardığı elmi tədqiqatları get-gedə dərinləşdirirdi. Apardığı bütün elmi-tədqiqat işləri başa çatan kimi istehsalatda öz tətbiqini tapırdı.

Odur ki, Azərbaycan torpaqşünaslıq elminin yaranmasında və inkişaf etdirilməsində xüsüsi xidmətləri olan Həsən Əliyev, Cəbrayıl Hüseynov, Vladimir Volobuyev, Məmmədəmin Salayev, Kazım Ələkbərov, Şahalı Həsənov, Xəlil Mustafayev kimi görkəmli torpaqşünas alimlər arasında Muxtar Abduyevin də adı həmişə böyük hörmətlə çəkilir.

Belə alimlərlə birgə işləmək həm çətin, həm də şərəfli idi. Muxtar müəllim özünün yaradıcılıq imkanlarını daim elmi problemlərin həllinə yönəltmişdir. Müntəzəm olaraq görkəmli torpaqşünas  alimlərlə əlaqədə olması, onlardan məsləhətlər alması, fikir mübadiləsi aparması elmin bu mühüm problemlərinin həllində M.Abduyevə yardımçı olurdu.

Şübhəsiz ki, hər bir alimin elmə verdiyi dəyər əsərlərinin aktuallığı və uzunömürlülüyü ilə ölçülür. Sanballı elmi əsərlər alimi ucaldır, ona elm tarixində  yer tutmağa əsas verir.  Bu baxımdan kənd təsərrüfatı elmləri doktoru, professor Muxtar Abduyevin yazdığı kitablar geniş oxucu kütləsinə, mütəxəssislərə, universitetlərdə təhsil alan tələbələrə fayda, bilik verən əsərlərdir.

Professor Muxtar Abduyevin məhsuldar əməyinin nəticələrindən biri "Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri" (Bakı, "Elm", 1957) əsəridir.     Bu əsərdə müəllif Şirvan düzü torpaqlarının qısa təsviri ilə yanaşı, H.Əliyev və V.Volobuyev (1953) tərəfindən Şirvan düzünün boz torpaq zonasında müəyyən edilmiş qaysaqlı çəmən, çəmən boz, açıq-çəmən boz, qonurs. torpaq növləri haqqında geniş məlumat verilir, şorlaşmış torpaqlar və onların kənd təsərrüfatı bitkilərinə təsiri təhlil edilir, Şirvan düzü torpaqlarının şorlaşma səbəbləri araşdırılır, qrunt sularının səviyyəsini yuxarı  qaldıran 7 amil haqqında söhbət açılır.

Muxtar Abduyev Şirvan düzündə şorlaşmış torpaqların cografi yayılması qanunauyğunluqlarını da bu əsərdə çox geniş təhlil etmişdir. Həmin ərazidəki torpaqların şorlaşmasını göstərən sxematik xəritə hazırlamışdır. Professor Şirvan düzünün şorlaşmış torpaqlarının növlərini şorlaşma dərəcəsi və tipinə görə, duzların kimyəvi tərkibinə, əmələgəlmə şəraiti və morfoloji quruluşuna görə təhlil etmişdir. Kitabda həmçinin şorlaşmış torpaqların meliorasiyası yolları göstərilmişdir.

Professor Muxtar Abduyevin torpaqşünaslıq elminə verdiyi töhfələrdən biri də "Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması" adlı (Bakı, "Elm", 1973) əsəridir. Bu kitab Mil düzü torpaqlarına həsr olunub. Giriş hissəsində Mil düzündə torpaqların şorlaşma şəraiti, həmin torpaqların şorlaşmasına təsir edən amillər, Mil düzü torpaqlarında duzların coğrafi yayılması haqqında məlumat verilir. Sonra müəllif Mil düzü torpaqlarının su-duz rejimini ayrı-ayrılıqda təhlil edir, bu torpaqların meliorativ yaxşılaşdırılması yollarını göstərir. Qrunt sularının səviyyəsini, minerallaşma dərəcəsini və şorlaşmış torpaqların dinamikasını təqdim edir.

Muxtar Abduyevin sanballı əsərlərindən biri də "Azərbaycanın gilli şoranlıqlarının sürətli meliorasiyası" adlı monoqrafiyasıdır  (Bakı, "Elm", 1977). Monoqrafiya 10 fəsildən ibarətdir. Monoqrafiyada Azərbaycanın düzən ərazilərinin təbii və torpaq - meliorativ xüsusiyyətləri, Azərbaycanın düzən şorlaşmış torpaqlarının yaxşılaşdırılmasının əsasları, torpaq hidroloji şəraiti haqqında, torpağın su ilə, gips tətbiq etməklə, gipspeyinin birgə tətbiqi, sulfat turşusunun tətbigi, torpağın üzvi-gips qarışığı, torpağın üzvi-mineral turşularla yuyulması və şorlaşmış torpaqların meliorasiyasına dair tövsiyələr öz əksini tapmışdır.   

Muxtar Abduyevin xarici ölkələrdə də, o cümlədən Amerikada (Vaşinqton, 1955), Rusiyada (Moskva, 1954, 1959, 1967, 1970, 1972, 1973; Nalçik, 1971), Ukraynada (Xarkov, 1962, 1972), Özbəkistanda (Daşkənd, 1964, 1969), Qazaxıstanda (Alma-Ata, 1970), Misirdə (Qahirə, 1972), Belorusiyada (Minsk, 1977), Krasnoyarskda (1978), Dağıstanda (Mahaçqala, 1978) keçirilən müxtəlif beynəlxalq konfrans materiallarında əsərləri çap edilmişdir.

O, Azərbaycanda nəşr olunan jurnallarda və qəzetlərdə də elmi məqalələrlə çıxış etmişdir.

Alimin apardığı elmi tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanın suvarılan torpaq fondunun əsas ərazisi olan Kür-Araz ovalığında torpaqlar təbii şəraitdən asılı olaraq şorlaşmışdır. Belə ki, burada arid iqlim hökm sürdüyündən torpaqlar təbii yolla şorlaşır, antropogen təsirlər nəticəsində onların suvarılması şorlaşma dərəcəsini daha da sürətləndirir və sahəsini artırır. Su anbarlarının tikilməsi, çəkilən kanallar, kollektorlararxlar torpağın şorlaşmasını artırmaqla yanaşı, Kür-Araz ovalığında qrunt sularının səviyyəsinin kəskin artmasına, bataqlaşmanın yaranmasına, torpağa əlavə yükün verilməsinə səbəb olur. Bütün bunları bilən Azərbaycanın torpaqşünas alimləri Kür-Araz ovalığının torpaqlarının şorlaşmasına qarşı mübarizə aparırdılar. Akademik V.Volobuyevlə çiyin-çiyinə M.Abduyevbu sahədə uzun illər çalışmışdır. Onların zəhmətlərinin bəhrəsi  göz qabağındadır. Şorlaşmış torpaqların yaxşılaşdırılması yolları, şorlaşmış və şorakətləşmiş torpaqlarda su-duz rejiminin idarə olunması prinsipləri, şorlaşmış torpaqların meliorativ vəziyyətə görə təsnifatı bu alimlərin elmdə böyük nailiyyətləri hesab edilə bilər.

M.Abduyev 1956-cı ildə "Şirvan düzünün şərq hissəsi torpaqlarının su-duz dinamikası" mövzusunda namizədlik, 1966-cı ildə isə "Azərbaycanda torpaqların dellüvial formada şorlaşması məsələləri və onların meliorasiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Muxtar Abduyev Azərbaycan SSR EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laboratoriya müdiri olmaqla yanaşı, həm də institut direktorunun elmi işlər üzrə müavini vəzifəsində işləyirdi. Elmi-tədqiqat işlərindən əlavə pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. ADU-da (indiki BDU), Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) tələbələr qarşısında maraqlı mühazirələr oxumuş, yüksək ixtisaslı kadrlar hazırlanması sahəsində də mühüm xidmətlər göstərmişdir.

Görkəmli alim elmə verdiyi  töhfələrə görə müxtəlif fəxri fərman, ordenmedallarla təltif edilmiş, 1970-ci ildə Ümumittifaq Torpaqşünaslar Cəmiyyətinin V.V.Dokuçayev adına medalına və fəxri mükafatına layiq görülmüşdür.

Muxtar müəllim təkcə elmi xidmətlərinə görə deyil, ən əsası, insana xas olan müsbət keyfiyyətlərinə görə də Azərbaycan alimlərinin, yaradıcı ziyalıların ürəyində əbədi olaraq yaşayır.

 

 

Qərib MƏMMƏDOV,

Dövlət Torpaq və Xəritəçəkmə

Komitəsinin sədri, akademik

 

Azərbaycan.- 2012.- 22 yanvar.- S.  6.