Azərbaycan Prezidenti İlham Əliyevin Goranboy rayonuna səfəri

 

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Gəncəyə səfərini başa çatdıraraq Goranboy rayonuna gəlmişdir.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Goranboy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidentinə abidə ətrafında aparılan abadlıq tikinti-quruculuq işləri barədə məlumat verildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 24 yanvar.- S. 2.