Professor Cahangir Məmmədlinin anadan olmasının 70 illiyi qeyd edilmişdir

 

Bakı Dövlət Universitetinin (BDU)  kafedra müdiri, filologiya elmləri doktoru, İctimai Televiziya Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, professor Cahangir Məmmədlinin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyi qeyd edilmişdir. 

Bakı Dövlət Universitetinin Mətbuat informasiya şöbəsindən AzərTAc-a bildirmişlər ki, yubiley mərasimində BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov professor C.Məmmədlinin elmi-pedaqoji fəaliyyətindən, jurnalistika təhsilinə verdiyi dəyərli töhfələrdən, yüksək ixtisaslı kadrların hazırlanmasındakı xidmətlərindən danışmışdır.

Rektor mətbuat tarixi, jurnalistikanın nəzəriyyəsi təcrübəsi problemləri ilə məşğul olan alimin tədqiqat əsərlərinin əhəmiyyətini vurğulamışdır.

BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə digər alimlər professor Cahangir Məmmədlinin jurnalistika təhsilinin inkişafındakı səmərəli rolundan, qazandığı elmi nailiyyətlərdən bəhs etmiş, ona yeni uğurlar arzulamışlar.

Professor C.Məmmədli ona göstərilən diqqətə görə təşəkkürünü bildirmişdir. 

 

Azərbaycan.- 2012.- 26 yanvar.- S. 7.