Madriddə keçirilmiş «FİTUR-2012» Beynəlxalq turizm sərgisində Azərbaycanın bu sahədə potensialı layiqincə təqdim edilmişdir

 

İspaniyanın paytaxtı Madrid şəhərində "FİTUR-2012" Beynəlxalq turizm sərgisi başa çatmışdır.

Xəbər verdiyimiz kimi, dünyanın 166 ölkəsindən 10.434 şirkətin iştirak etdiyi  bu nüfuzlu sərgidə Azərbaycan mədəniyyət və turizm nazirinin müavini  Nazim Səmədovun rəhbərliyi altında geniş  nümayəndə heyəti ilə təmsil olunmuşdur.

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nümayəndə heyəti bu beynəlxalq tədbirdən əvvəl və sərginin davam etdiyi günlərdə ölkəmiz üçün ayrılmış 52 kvadratmetrlik pavilyonda respublikamızın zəngin turizm potensialını nümayiş etdirməklə yanaşı, qərargahı Madrid şəhərində yerləşən Dünya Turizm Təşkilatının (DTT), həmçinin İspaniyanın aparıcı turizm qurumlarının rəhbərləri ilə ikitərəfli  görüşlər keçirmişdir.

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşdə bu qurum ilə Azərbaycan arasında  əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və  perspektiv inkişaf planları, bu il aprelin 12-dən 14-dək Bakıda keçiriləcək XI "AITF" Beynəlxalq turizm və səyahətlər sərgisində DTT-nin ayrıca pavilyon ilə təmsil olunması, ölkəmizin statistika üzrə mütəxəssisləri üçün Azərbaycanda və ya İspaniyada təlim proqramının təşkili, 2013-cü ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda turizm üzrə sessiyanın təşkil edilməsi və digər məsələlər ətrafında işgüzar fikir mübadiləsi aparılmışdır. 

Azərbaycan nümayəndə heyəti "VI Exceltur Tourism and Leadership" Forumunun iştirakçıları arasında olmuşdur. Forumun rəsmi açılış mərasimində İspaniyanın Baş naziri Maryano Raxoy, "FİTUR" sərgisi Təşkilat Komitəsinin prezidenti Antonio Vazqez, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, "Exceltur"un sədri "Melia Hotels International"ın vitse-prezidenti Sebastian Escarrer bir sıra dövlətlərin turizm üzrə yüksək vəzifəli şəxsləri iştirak etmişlər.

Forumda "Turizm İspaniyanın sosial-iqtisadi bərpasını sürətləndirməyə kömək etmək üçün hökumətin prioritet sahəsidir" mövzusunda məruzə dinlənilmişdir. Həmçinin "Ölkələrin həyata keçirdiyi təsirli siyasətlər strategiyalar vasitəsilə turizm sənayesinin siyasi gündəliyin zirvəsinə yüksəldilməsi, "2012-ci il üçün vaxtından əvvəl əsas çağırışlar: özəl sektor liderlərinin nöqteyi-nəzərləri",  "Turizmdə dövlət özəl sektorların əməkdaşlığı: aparıcı institutların öncə görmələri müvəffəqiyyətli təcrübələri", "2012-ci ildə Avropa İspaniya iqtisadiyyatları üçün iqtisadi istehlakçı meyillər: turizm sənayesi üçün cəlbetmələr", "Yeni turizm siyasətinin həyata keçirilməsi regional əməkdaşlığın təkmilləşdirilməsi", "Sədrliyin ötürülməsi "Exceltur"un 10-cu ildönümünün qeyd edilməsi" mövzuları üzrə açıq müzakirələr təşkil edilmişdir. Azərbaycan nümayəndə heyəti müzakirələrdə fəallıq göstərmişdir.

Forumun bağlanış mərasimində İspaniya Kralı Xuan Karlos xanımı iştirak etmişlər.

Forum başa çatdıqdan təntənəli açılış mərasimi keçirilən "FİTUR-2012" Beynəlxalq turizm sərgisində Azərbaycan layiqincə təmsil olunmuşdur. Sərginin davam etdiyi müddətdə Azərbaycan pavilyonuna çoxlu sayda turizm şirkətlərinin nümayəndələri yerli ziyarətçilər gəlmişlər.

Azərbaycana səfər etmək marağında olanlara ölkəmizə gəlmək üçün vizanın alınması qaydaları, gediş-gəliş üçün nəqliyyat vasitələri, prioritet sayılan turizm növləri inkişaf etmiş turizm əraziləri, bu il mayın 22-dən 26-dək Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi haqqında məlumatlar verilmiş, ziyarətçilərə ölkəmizin turizm potensialına Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa dair məlumat xarakterli müxtəlif reklam-çap məhsulları təqdim edilmişdir. Sərgidə təmsil olunan Azərbaycanın  turizm şirkətləri ilə digər ölkələrin analoji qurumları arasında görüşlər keçirilmiş gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

"FİTUR-2012" Beynəlxalq turizm sərgisində Azərbaycan mədəniyyətinin təbliğ olunması məqsədilə Dövlət Mahnı Rəqs Ansamblının 4 nəfərdən ibarət heyəti xüsusi proqram üzrə həm səhnədə, həm Azərbaycan pavilyonunda çıxış etmişdir. Həmçinin sərgi zamanı ziyarətçilərə Azərbaycanın turizm potensialını əks etdirən filmlər reklam çarxları nümayiş etdirilmişdir.

Azərbaycan 2007-ci ildən başlayaraq ənənəvi "FİTUR" Beynəlxalq turizm sərgisində təmsil olunur.

 

 

Azərbaycan.- 2012.-29 yanvar.- S.  4.