Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger ilə görüşmüşdür

 

 Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger ilə görüşü olmuşdur.

Görüşdə "Cənub qaz dəhlizi" layihəsinin inkişafı və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Avropanın Azərbaycan qazına böyük ehtiyacının olduğu qeyd edilən görüşdə qarşıdakı dövrdə mavi yanacağın ölkəmizdən Avropaya nəql olunması məsələsinin həllinin vacibliyi vurğulandı.

Görüşdə 2011-ci ilin yanvarında Bakıda Prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunın imzaladıqları "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə"nin enerji sahəsindəki əlaqələrin inkişafında rolu qeyd edildi. Bundan başqa, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığında 2011-ci ildə əldə olunan nailiyyətlərin bu ilreal həyatda əksini tapmasının əhəmiyyəti vurğulandı.

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 27 yanvar.- S.  1.