Avstraliyanın Xüsusi Yayım Xidməti: Sərmayədarlar Azərbaycanın zəngin potensialından tam istifadə etməlidirlər

 

Avstraliyanın ictimai yayım radioteleviziya şəbəkəsinin (Xüsusi Yayım Xidməti) saytında "Sərmayədarlar Azərbaycanın zəngin potensialından tam istifadə etməlidirlər" sərlövhəli informasiya yerləşdirilmişdir. İnformasiyada Beynəlxalq Valyuta Fonduna istinadən bildirilir ki, Azərbaycan son 10 ildə iqtisadi baxımdan ən sürətlə inkişaf edən ölkələrdən biridir. Lakin bu ölkədə hələ də xarici sərmayədarların diqqətini cəlb etməyən potensial sahələr mövcuddur. Buna görə də xarici sərmayədarlar bu sahələrdən tam şəkildə istifadə etməlidirlər.

Yazıda qeyd edilir ki, Xəzər dənizinin sahilində yerləşən Azərbaycan zəngin təbii ehtiyatlara malikdir. Bu ölkənin ortaali təhsil müəssisələrində şagirdlər və tələbələr savadlı kadrlar kimi hərtərəfli yetişərək ingilis, rus, türk və digər xarici dilləri öyrənirlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 12 aprel.- S. 3.