«Heydər Əliyevin elmi irsi (nəzəriyyə və təcrübə)»

 ikicildliyi ulu öndərin 90 illik yubileyinə layiqli töhfədir

 

Tarixən dünyasını dəyişən hər bir insan barədə iki suala cavab axtarılıb. Birinci: "Bu dünyadaqoyub getdi?", ikinci: "Axirət dünyasına nə gətirdi?"

Birinci sual yaşanan dünyada qalan insanlar, ilk növbədə onun qohum-əqrəbası, dost-tanışları və digər maraqlı insanlar, bir-birini əvəz edən nəsillərin nümayəndələri, tarixçilər, siyasətçilər, müxtəlif elm adamları tərəfindən verilir. İkinci sualı isə axirət dünyasını tənzimləyən mələklər verir. Suallara axtarılan cavablar əsasında həmin şəxs barədə fikir formalaşdırılır, tarixə salınır. Araşdırma metodlarının düzgün seçilməsindən, tədqiqatçıların səriştəsindən, obyektivliyindən və digər amillərdən asılı olaraq, eyni insan haqqında qiymətlər müxtəlif cür ola bilər...

Yuxarıda deyilən həqiqətləri ona görə xatırladırıq ki, haqqında fundamental elmi əsər ortaya qoymaq niyyəti ilə tarixi şəxsiyyət, böyük siyasi xadim - Heydər Əlirza oğlu Əliyevin bu dünyada nələr qoyub getdiyini, axirət dünyasına nələr apardığını, əbədi yaşayacaq elmi zənginlikləri elmi gücüm və dərrakəm səviyyəsində sistemə salım, onları tam obyektiv, zərrə qədər şişirtməyə və ya qərəzli yanaşmaya yol vermədən qiymətləndirim, müasirlərimə və bizdən sonra gələn nəsillərə son dərəcə dəyərli, hamı üçün örnək və istinad mənbəyi olan elmi əsər təqdim edim.

Heydər Əliyev, sözün həqiqi mənasında, böyük tarixi şəxsiyyət olmaqla yanaşı, yüksək səviyyəli dövlət başçısı, insansevər, iti zəkalı, zəngin iqtisadi-sosial, siyasi-mədəni, elmi fikir mühərriki idi. Düşüncəsi, sözü və əməli bir-birini tamamlayan, qərəzsiz, uzaqgörən, dünya hadisələrinin gedişini, cəmiyyət həyatının inkişaf istiqamətlərini öncədən görən, peşəsi daim xalq üçün qurub-yaratmaqdan ibarət olan, həqiqətsevər, dünyagörmüş bir şəxsiyyət idi. Bu səbəbdən də Heydər Əliyev mövzusunda dəyərli həqiqəti olduğu kimi əks etdirməyi yalnız o şəxslər bacarar ki, onun həyat-yaradıcılığını, fəaliyyətini yaxşı bilsin. Zahirisistemsiz müşahidələr, yaxud "...deyirlər...", yəni başqalarından eşitdikləri barədə yazılar isə əlbəttə, səthi və səhv olacaq.

Heydər Əliyevin sağlığında və dünyasını dəyişəndən sonrakı vaxtlarda onun həyat-fəaliyyətinə aid çox kitablar, yüzlərlə jurnal, minlərlə qəzet məqalələri çap olunub, poemalar, şeirlər yazılıb, mahnılar bəstələnib, albomlar tərtib edilib, kinofilmlər çəkilib, əsərlər səhnələşdirilibdir. Mümkün daxilində onların bir çoxları ilə tanış olmuşam, oxumuşam, təhlil etmişəm. Heydər Əliyevlə uzun illər bir yerdə çalışmış insanlarla fikir mübadilələri aparmışam, onların xatirələrini dinləmişəm, ekran vasitələrinə, lent yazılarına dəfələrlə baxmışam. Heydər Əliyev barədə əlim çatan bütün mənbələrdən faydalanmağa çalışmışam. Onun özü ilə dəfələrlə görüşmüşəm, saatlarla müxtəlif məsələlər barədə söhbət etmişəm. Keçirdiyi kütləvi tədbirlərdə olmuşam.

AzərTAc xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, Beynəlxalq PedaqojiSosial Elmlər Akademiyasının həqiqi üzvü, professor Zahid Qaralovun yenicə çapdan çıxmış "Heydər Əliyevin elmi irsi (nəzəriyyə və təcrübə)" ikicildliyinin giriş hissəsindən götürülmüşdür.

Heç şübhəsiz, çağdaş dünyamızın ən nəhəng simalarından biri olan Azərbaycan xalqının ümummilli lideri, dahi siyasi və dövlət xadimi Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin indiyədək nisbətən az tədqiq edilmiş mühüm bir sahəsinə - elmi irsinin araşdırılmasına həsr olunmuş yeni ikicildlik ulu öndərin 90 illik yubileyinə ən layiqli hədiyyə kimi qiymətləndirilə bilər. Çünki real həyat hadisələrinə, dərin və bitkin faktlara əsaslanan bu kitablarda xalqımızın dahi liderinin zəngin həyat yolu, onun çoxşaxəli elmi yaradıcılığı tam dolğunluğu ilə əks olunmuşdur.

Yeni nəşrin ilk səhifəsi ümummilli lider Heydər Əliyevin layiqli siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri ilə açılır: "Biz bütün sahələrdə, bugünkü Azərbaycan reallıqlarında Heydər Əliyevin izini görürük. Güclü və möhkəm təməl, milli dəyərlər üzərində müasir dövlətin qurulması Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biridir. Onun təşəbbüsü ilə dövlətimizin ideoloji əsasları formalaşmışdır. Azərbaycançılıq məfkurəsini cəmiyyətə təqdim edən məhz Heydər Əliyev olmuşdur. Bu gün azərbaycançılıq fəlsəfəsi bizim əsas ideoloji dayaqlarımızdan biridir".

Kitabın 301 səhifəni əhatə edən birinci cildi ümumilikdə dörd fəsildən ibarətdir. "Heydər Əlirza oğlu Əliyevin həyat yolu barədə yığcam məlumat", "Siyasi və mənəvi təkamül", "Heydər Əliyevin partiya quruculuğu üzrə fəaliyyəti" və "Xüsusi ilə ümuminin vəhdəti" adlanan bu fəsillərdə ulu öndərin elmi-nəzəri və praktik irsinin inkişaf istiqamətləri tarixi mərhələlərə bölünməklə hərtərəfli araşdırılmışdır.

Dördüncü fəslin davamından başlayan və "Heydər Əliyevin dövlətçilik nəzəriyyəsi və təcrübəsi barədə" və "Ənənəvi ilə müasirliyin birliyi: inkişafın mənbəyi" adlanan beşinci və altıncı fəsilləri əhatə edən 305 səhifəlik ikinci cilddə də ümummilli liderimizin ictimai-siyasi və cəmiyyət həyatının müxtəlif aspektlərinə elmi və praktik yanaşma metodları barədə müdrik fikirləri tam dolğunluğu ilə öz əksini tapmışdır. Kitabda ulu öndərin yeniyetmələrin və gənclərin ideya-siyasi, əmək və əxlaq tərbiyəsi sahəsində həyata keçirdiyi kompleks tədbirlər, bu nəhəng şəxsiyyətin elmi irsində maddi və mənəvi dəyərlərə münasibət sistemi, onun dövlətçilik nəzəriyyəsi və təcrübəsi, Azərbaycanı inkişaf etdirmək ideyaları və onları reallaşdırmağın elmi-nəzəri əsasları, ölkəmizin davamlı inkişaf strategiyasının elmi əsasları barədə dahiyanə fikirləri, həyata keçirdiyi əsaslı islahatlar, elmə, təhsilə münasibəti və qayğısı barədə düşüncələr və digər aktual mülahizələr, hesab edirik ki, hər bir oxucu üçün son dərəcə maraqlı  olacaqdır.

Müəllif bundan əvvəlki əsərlərində olduğu kimi, yeni kitablarında da əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək ümummilli liderimizin həyat və fəaliyyətinin bütün məqamlarına tədqiqatçı nəzəri ilə işıq salmağa çalışmışdır. O, belə bir qəti qənaətə gəlmişdir ki, ulu öndər Heydər Əliyevin hazırladığı, həyata tətbiq etdiyi, yüksək nəticələrə nail olduğu bütöv bir elmi irs cəmiyyətin, insan təfəkkürünün inkişaf dialektikasına, elmi-texnikitexnoloji tərəqqiyə əsaslandığından mükəmməl sistemdir, həyatidir, tərəqqi yoludur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi həyatda yaxından tanıyan, uzun illər ərzində bu dahi şəxsiyyətlə ünsiyyətdə olmuş, onun ölməz ideyalarını özü üçün həyat amalı olaraq qəbul etmiş professor Zahid Qaralovun ulu öndərin zəngin və çoxşaxəli elmi irsinin tədqiqinə həsr edilmiş yeni ikicildliyi siyasətlə, dövlət idarəçiliyi ilə məşğul olan, cəmiyyətin inkişaf proseslərini araşdıran mütəxəssislər, məktəblilər, tələbələr, müəllimlər, Heydər Əliyevin elmi irsini öyrənən, təbliğ edən və digər sahələrdə çalışan şəxslərin istifadəsi üçün nəzərdə tutulmuşdur.

Hesab edirik ki, ikicildliyin giriş hissəsində haqqında fundamental elmi əsər ortaya qoymaq niyyəti ilə nəhəng tarixi şəxsiyyət, böyük siyasi xadim  Heydər Əliyevin bu dünyada nələr qoyub getdiyini, axirət dünyasına nələr apardığını, əbədi yaşayacaq elmi zənginliklərini elmi gü və dərrakə səviyyəsində sistemə salmağı, onları tam obyektiv, zərrə qədər şişirtməyə və ya qərəzli yanaşmaya yol vermədən qiymətləndirməyi, müasirlərinə və özündən sonra gələn nəsillərə son dərəcə dəyərli, hamı üçün örnəkistinad mənbəyi olan elmi əsər təqdim etməyi qarşısına məqsəd qoyduğunu bəyan edən müəllif nəcib məqsədinə nail olmuşdur.

Professor Zahid Qaralovun yeni ikicildliyini diqqətlə nəzərdən keçirən hər bir oxucu da bizim bu qənaətimizə şərik çıxacaqdır.

 

 

Əhməd MƏMMƏDOV,

AzərTAc-ın müxbiri

Azərbaycan.-2013.- 3 aprel.- S.3.