Azərbaycan aliminin kitabı Parisdə çap olunmuşdur

 

Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın Kibernetika İnstitutunun əməkdaşı, İstanbul Universitetinin professoru Elimxan Mahmudovun "Single Variable Differential and Integral Calculus" ("Təkdəyişənli diferensial inteqral hesabı") adlı 388 səhifəlik kitabı dünya riyaziyyatçılarının böyük dəstəyi ilə Parisdə "Springer" nəşriyyatında çapdan çıxmışdır.

Müasir dünya universitetləri, riyaziyyatçı alimlər üçün nəzərdə tutulmuş bu kitabda həqiqi kompleks saylar nəzəriyyəsi, vektor fəzalar, çoxluqlar onların bəzi topoloji xassələri diferensial inteqral hesabı onların tətbiqi, funksional ardıcıllıqlar onların kompleks dəyərli funksiyalar halına genişlənməsi məsələləri  əksini tapmışdır.

Bütün bunlarla bərabər, kitabda atom enerjisi böhran kütlədən, atom reaktorlarının işləmə prinsiplərindən bəhs edilmiş, o cümlədən Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın başlıca səbəbləri bir daha izah edilmişdir.

Bu nəşr həmyerlimizin xarici ölkələrdə çap olunmuş üçüncü kitabıdır. Onun ABŞ-da "Elsevier" nəşriyyatı tərəfindən çap olunmuş, optimal idarəetmə sahəsində, dərin riyazi elmə əsaslanan "Approximation and Optimization of Discrete and Differential Inclusions" (Appoksimasiya, diskret diferensial daxiletmələrin optimizasiyası") 396 səhifəlik kitabı da dünya  riyaziyyat aləmində müstəsna kitablardan biridir. Təkcə onu demək kifayətdir ki, bu kitab ABŞ-ın 67 ən qabaqcıl universitetində tədris olunmaqda, öyrənilməkdədir. Müəllif bu kitabı Xocalı soyqırımı qurbanlarına həsr etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 12.