Bakının arxitekturası məftunedicidir

 

Bakıda gördüklərim məndə unudulmaz təəssürat yaratmışdır. Bakının arxitekturası məftunedicidir.

Bu sözləri AzərTAc-a müsahibəsində Bakıda "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda keçirilən Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin (Global Shapers Community) üzvü, ukraynalı politoloq Svetlana Maşarovskaya demişdir.

İlk dəfə Bakıda olduğunu söyləyən politoloq buranın iqlimini öz ölkəsi ilə müqayisə etmiş, Xəzər dənizinin gözəlliyini xüsusilə vurğulamışdır. Qonaq, həmçinin Azərbaycanda insanların çox mehriban və qonaqpərvər olduqlarını, milli mətbəximizin nümunələrinin dadı və keyfiyyəti ilə başqalarından çox seçildiyini bildirmişdir.

 

 

Azərbaycan.- 2013.- 7 aprel.- S. 4.