Nikolay MURAŞKIN: Bakının mədəniyyətində əksini tapan Şərq və Qərb elementləri insanın zövqünü oxşayır

 

Bakının mədəniyyətində əksini tapan Şərq və Qərb elementləri insanın zövqünü oxşayır. Şəhərin memarlığı, qədim və modern tikililəri insanı valeh edir.

Bu sözləri AzərTAc-a müsahibəsində Bakıda "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda keçirilən Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin (Global Shapers Community) üzvü, Özbəkistanda aspirant pilləsində təhsil alan Nikolay Muraşkin demişdir.  Bildirmişdir ki, Azərbaycan çox maraqlı ölkədir. İnsanları mehriban, qayğıkeş və gülərüzdür.

Bakıya ilk dəfə gəldiyini deyən Nikolay Muraşkin şəhərin qədim və modern tikililərini, son iyirmi ildə ölkənin sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır.

 

 

Azərbaycan.- 2013.- 7 aprel.- S. 4.