Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş nazirini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Albaniya Respublikasının Baş naziri Sali Berişanı qəbul etmişdir.

Görüşdə Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinin əhəmiyyəti vurğulandı, tədbirin iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd olundu.

Görüşdə, həmçinin Azərbaycan ilə Albaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə inkişafının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 3.