Dünya İqtisadi Forumunun Bakıda təşkil edilməsi Azərbaycan üçün əhəmiyyətli təcrübə olacaqdır

 

"Dünya İqtisadi Forumunun Bakıda təşkil edilməsi və keçirilməsi əlverişli geostrateji mövqedə yerləşən Azərbaycan üçün çox əhəmiyyətlidir. Bu, beynəlxalq kooperasiyalarinvestisiyalar mexanizmində yer almaq yollarını başa düşməyə kömək edəcəkdir".

AzərTAc xəbər verir ki, bunu Dünya İqtisadi Forumunun (Davos Forumu) işində iştirak etmək üçün Azərbaycana gəlmiş Britaniyanın "WhiteShell" şirkətinin nümayəndəsi Aleksandr Jukov bildirmişdir.

O demişdir ki, Bakıya ilk dəfədir gəlir və şəhərin gözəlliyi onda dərin təəssürat doğurmuşdur.

 

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 4.