Azərbaycan son illərdə əldə etdiyi sürətli inkişafı ilə dünyanın diqqət mərkəzinə çevrilmişdir

 

"Azərbaycan son illərdə əldə etdiyi sürətli inkişafı ilə dünyanın diqqət mərkəzinə çevrilmişdir".

Bu sözləri Bakıda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün ölkəmizə gələn ABŞ-dan olan iş adamı xanım Lindsey Hovard  AzərTAc-a müsahibəsində demişdir.

Bakıda olmaqdan məmnunluğunu vurğulayan qonaq Xəzərin sahilində yerləşən füsunkar paytaxtımızın Avropanın böyük şəhərləri ilə müqayisə olunduğunu diqqətə çatdırmışdır. L.Hovard demişdir: "Azərbaycan  dünya dövlətləri üçün dost ölkədir. Dünya İqtisadi Forumunda iştirak etmək üçün ABŞ-dan, Böyük Britaniyadan, Çindən, Rusiyadan, Türkiyədən və digər ölkələrdən gəlmiş insanlar Azərbaycanın qazandığı uğurların şahidi olurlar. Biz bu mötəbər tədbirin - Davos İqtisadi Forumunun Bakıda keçirilməsini yüksək qiymətləndiririk".

 

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 8.