Dünya İqtisadi Forumu regionun inteqrasiyası və inkişafı üçün çox vacib tədbirdir

 

"Bir çox ölkələrdən gəlmiş nümayəndələrin iştirakı ilə keçirilən Dünya İqtisadi Forumu iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayır".

Ukraynanın "Qromada" birliyi idarə heyətinin üzvü, vəkil, Azərbaycana Dünya İqtisadi Forumunda (Davos Forumu)  iştirak etmək üçün gəlmiş Svetlana Kolomies bu fikri AzərTAc-a müsahibəsində demişdir.

S.Kolomies qeyd etmişdir ki, regionun inteqrasiyası və inkişafı baxımından bu, çox vacib tədbirdir. Bu, həm də Azərbaycanın qlobal təhlükəsizliyə necə əhəmiyyət verdiyinin göstəricisidir.

Qonaq demişdir ki, hazırda Azərbaycan nəinki regionda, həm də dünyada sülhün bərqərar edilməsinə və təhlükəsizliyin təmin olunmasına böyük töhfələr verir. S.Kolomies vurğulamışdır ki, Bakı gözəlliyi və təkrarolunmaz memarlığı ilə hamını heyran edir.

 

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 8.