Qlobal Gənclər Birliyi Forumunun rusiyalı iştirakçısı tədbirin əhəmiyyətini yüksək qiymətləndirmişdir

 

"-Mən Azərbaycanda çox zəngin mədəniyyətin şahidi oldum. Bu, mənim Bakıya ilk səfərimdir. Şəhəriniz çox gözəldir. İnsanlar olduqca mehriban, qonaqpərvərdirlər."

Bu sözləri AzərTAc-a müsahibəsində Dünya İqtisadi Forumu (Davos Forumu) Qlobal Gənclər Birliyinin Bakıda "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda keçirilən forumunun rusiyalı iştirakçısı Olqa Kalinina demişdir. Qonaq bildirmişdir ki, forum çox yüksək səviyyədə təşkil olunmuşdur. Bu cür forumların keçirilməsi, aktual müzakirələrin aparılması yeni tərəfdaşlıqların qurulmasına yol açır. Forum çərçivəsində gənclərin liderliyi mövzusunun müzakirə edilməsi isə çox əhəmiyyətlidir. Gənclər dünyaya necə inteqrasiya etmək barədə fikirlərini bölüşürlər. Belə müzakirələr təbii ki, müasir dünyamızda çox vacibdir.

 

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 9.