Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir

 

"Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir. Gənclərin forumunda Azərbaycanda gedən dinamik inkişaf barədə ətraflı məlumat verildi".

Bu sözləri AzərTAc-a müsahibəsində Dünya İqtisadi Forumu (Davos Forumu) Qlobal Gənclər Birliyinin aprelin 7-də Bakıda "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda keçirilən forumun iştirakçısı gürcüstanlı Naqiqu Aniaşvili demişdir.

N.Aniaşvili forumun çox maraqlı təşkil olunduğunu bildirmişdir. Demişdir ki, forum çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə müzakirələr apara bildik. Təqdirəlayiq haldır ki, Azərbaycanda bütün sahələrin inkişafına diqqət və qayğı göstərilir. Ölkənizin dövlət gənclər siyasəti modeli örnək ola bilər. Bu siyasətin uğurları göz qabağındadır.

 

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 9.