Miloslav RANSDORF: Bakının qədim və müasir memarlıq nümunələri bu şəhərə xüsusi gözəllik verir

 

 Bakının qədim və müasir memarlıq nümunələri bu şəhərə xüsusi gözəllik verir. Azərbaycan Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu gözəl bir məkandır.

Bu sözləri Bakıda keçirilən Davos Forumunun iştirakçısı, Avropa Parlamentinin üzvü Miloslav Ransdorf AzərTAc-a müsahibəsində demişdir.

Avropa Parlamentinin üzvü vurğulamışdır ki, bu forum xalqların, ölkələrin yaxınlaşması və sivilizasiyalararası dialoqun genişlənməsi istiqamətində atılmış ən əhəmiyyətli addımlardan biridir.

M.Ransdorf iqtisadi sahədə çalışan bir çox mütəxəssislərlə fikir mübadiləsi aparmaq imkanı baxımından bu forumda müzakirə olunan məsələlərin çox əhəmiyyətli olduğunu vurğulayaraq bildirmişdir ki, belə tədbirlər beynəlxalq humanitar əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfələr verəcəkdir.

Bakıya ilk dəfə gəldiyini deyən M.Ransdorf şəhərin gözəlliyindən, xüsusilə gecələrinin möhtəşəmliyindən söz açaraq demişdir: "Gəzməli yerləriniz, fəvvarələriniz hər kəsdə yaxşı təəssürat yaradır. Burada hər şey təmiz və səliqəlidir. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər".

 

 

Azərbaycan.-2013.- 10 aprel.-S.5.