Xudat şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət proqramlarının uğurla yerinə yetirilməsi
sahəsində Xaçmaz rayonunun Xudat şəhərində
də son illər bir sıra tədbirlər həyata
keçirilmiş, infrastruktur layihələri yerinə
yetirilmiş, müasir tələblərə cavab verən 840
şagird yerlik yeni məktəb binası tikilmiş, dəmir
yolu xətti üzərində avtomobil körpüsü yenidən
qurulmuş, yeni parklar salınmış, abadlıq-quruculuq
işləri görülmüşdür.
Xudat
şəhərində abadlıq-quruculuq işlərinin davam
etdirilməsi, "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nda şəhər
üzrə müəyyən olunmuş tədbirlərin həyata
keçirilməsinin sürətləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1.
Xudat şəhərinin sosial-iqtisadi inkişafının
sürətləndirilməsi məqsədi ilə Xaçmaz
Rayon İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2013-cü il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 500,0
(beş yüz) min manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 9 aprel
2013-cü il
Azərbaycan.- 2013.- 10 aprel.- S. 2.