Leland RİSE: Mən çox şadam ki, Bakı bu gün bu qədər görkəmli insanları bir yerə toplamışdır

 

Mən çox şadam ki, Bakı bu gün bu qədər görkəmli insanları bir yerə toplamışdır.

Bu sözləri Davos İqtisadi Forumunda iştirak edən, Bakıya gəlmiş "The Business Year" jurnalının redaktoru Leland Rise AzərTAc-a müsahibəsində demişdir.

L.Rise bu forumun keçirilməsini həm Azərbaycanda iqtisadiyyatın inkişafına, həm də bu sahədə bir sıra qüvvələrin formalaşmasına öz təsirini göstərəcəyini vurğulayaraq demişdir: "Azərbaycanda elmin inkişafına yönəldilmiş səylər, şübhəsiz, artıq öz müsbət nəticələrini göstərir".

Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu qeyd edən L.Rise beynəlxalq miqyasda ölkəmizə artan marağı məmnunluqla vurğulamışdır.

Hər səfərində Bakıda gördüyü sürətli dəyişiklərin onu heyran etdiyini deyən jurnalın redaktoru Azərbaycanın bu cür mötəbər tədbirlərə ev sahibliyi etməsini ölkəmizin dünyada nüfuzunun daha da artması ilə əlaqələndirmişdir.

Leland Rise forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkür etmişdir.

 

 

Azərbaycan.-2013.-10 aprel.-S.5.