Bakıda Azərbaycan-Litva biznes forumu keçirilmişdir

 

Aprelin 9-da Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçiusun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Litva biznes forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Litva tərəfindən rəsmi şəxslərlə yanaşı, təhsil, tikinti, maliyyə, İKT, bərpa olunan enerji, ətraf mühitin mühafizəsi, logistika s. sahələrdə fəaliyyət göstərən 100-dən çox adamı iştirak etmişdir.

Biznes forumdan əvvəl Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçius Bakı Biznes Mərkəzində Azərbaycanın sosial-iqtisadi uğurları barədə təqdimatla tanış olmuşdur.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçiusun Bakıda "Cənubi Qafqazın Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda keçirilən Dünya İqtisadi Forumunda iştirakını xüsusi vurğulayaraq Baş nazirin bu mühüm tədbirin uğurla keçməsinə töhfə verdiyini qeyd etmişdir. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdıran nazir Şahin Mustafayev Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq hörmət prinsipləri üzərində qurulduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulamışdır.

Bildirilmişdir ki, Azərbaycan Litva arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında ötən ilin aprel ayında Bakıda ikinci iclası keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

Nazir Şahin Mustafayev Azərbaycan Litva arasında tikinti, kənd təsərrüfatı, İKT, bərpa olunan enerji, turizm s. sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu üçün böyük imkanların olduğunu diqqətə çatdırmış, iki ölkə arasında indiyədək biznes forumlar, sərgi işgüzar görüşlərin keçirildiyini qeyd etmiş, bu gün keçirilən biznes forumun da yeni əməkdaşlıq imkanlarının yaranmasına, adamları arasında mövcud əlaqələrin genişlənməsinə, ikitərəfli ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini vurğulamış, adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.

Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçius ölkəmizə səfərindən məmnunluğunu ifadə etmiş, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolunu qeyd etmişdir. Baş nazir Litva iqtisadiyyatı barədə məlumat vermiş, hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, adamları arasında əlaqələrin genişlənməsinin Litva-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırmış, iqtisadi əməkdaşlığın inkişafı istiqamətlərini vurğulamış, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə İKT, yüngül sənaye, kənd təsərrüfatı, qida sənayesi s. sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirmişdir.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes investisiya mühitinə, Litva Xarici İşlər Nazirliyinin xarici iqtisadi əlaqələr şöbəsinin müdir müavini Reqimantas Yablonskis ölkəsinin iqtisadi imkanlarına dair təqdimatlarla çıxış etmişlər.

Biznes forum adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.

 

 

Azərbaycan.- 2013.- 10 aprel.- S. 4.