Hakan ÖZATA: Azərbaycan Qafqazın İsveçrəsidir

 

"Azərbaycan Qafqazın İsveçrəsidir". Bu sözləri Bakıda keçirilən Davos İqtisadi Forumunun iştirakçısı, Türkiyənin "Ekovitrin" jurnalının əməkdaşı Hakan Özata AzərTAc-a müsahibəsində demişdir.

H.Özata bu mötəbər tədbirin dünyanın bir çox ölkələrindən nüfuzlu şəxsləri bir araya gətirərək həlli vacib məsələlərin müzakirəsi üçün gözəl imkanların yaratdığını qeyd etmişdir.

Ölkəmizin son 10 ildə heyranedici inkişafa nail olduğunu söyləyən türkiyəli qonaq Azərbaycanın gündən-günə güclənən iqtisadiyyatının bir çox dünya ölkələri üçün örnək ola biləcəyini də vurğulamışdır.

Qardaş və dost ölkələrimiz arasında iqtisadi, siyasi, hərbi, mədəni sahələrdə əlaqələrin inkişafını yüksək qiymətləndirən Hakan Özata  Azərbaycanın qazandığı uğurlara toxunaraq demişdir: "Yenidən Azərbaycanda olmaqdan çox məmnunam. Türkiyə Azərbaycanla bütün təcrübələrini paylaşır. İki qardaş ölkələrimizin bir-birinin yanında olması təbiidir. Türkiyə hər zaman Azərbaycanın haqlı mövqeyini beynəlxalq arenada dəstəkləyir".

Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu qeyd edən H.Özata beynəlxalq miqyasda ölkəmizə marağın artdığını vurğulamışdır.

 

 

Azərbaycan.- 2013.- 10 aprel.- S. 4.