Azərbaycan ilə Braziliya arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Aprelin 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Braziliyanın ölkəmizdəki səfiri Sergio de Souza Fontes Arruda ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə son illər Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunmuş və əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

Nazir E.Məmmədyarov ölkələrimiz arasında siyasi münasibətlərin hazırkı səviyyəsini də yüksək qiymətləndirmişdir.

Görüşdə, həmçinin Azərbaycan ilə Braziliya arasında siyasi dialoqun davam etdirilməsi barədə razılıq əldə edilmişdir.

E.Məmmədyarov diplomata gələcək fəaliyyətində uğurlar arzulamışdır.

 

 

Azərbaycan.- 2013.- 11 aprel.- S. 1.